Türk ordusu Suriyadan İraqa keçir: "Dəclə qalxanı" əməliyyatı başlayır

Türkiyə ölkə sərhədlərindən kənarda yeni hərbi əməliyyata başlayacaq.

 

APA TV-nin məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazıb.

İddiaya görə, Suriyada İŞİD terror təşkilatına böyük zərbə vuran türk ordusu bu dəfə İraqda döyüşəcək.

 

Yeni əməliyyat PKK terror təşkilatına qarşı aparılacaq. "Dəclə qalxanı" hərəkatı Başika hərbi bazasında təlim keçirilmiş qüvvələrlə birgə həyata keçiriləcək.

 

2014-cü ildən İŞİD-i bəhanə edərək Sincara girən PKK Bağdad və Ərbil hökumətlərinin  tələbinə baxmayaraq buranı tərk etməyib. Peşmərgə gücləri isə bölgədə hər hansı əməliyyat keçirməyib.

 

Ankaranın hərəkatı 16 aprel referendumundan sonra başlaması gözlənilir. Aprelin sonu, mayın əvvəli başlayacaq əməliyyatın ilk hədəfində Zaho, Duhok və ətrafdakı PKK düşərgələri var. Sincarda terror təşkilatının 9 düşərgəsi var. Hərəkat Silopi, Başika və Navaranda yerləşəcək 3 ana nəzarət mərkəzindən idarət olunacaq. Türkiyə Silahlı Qüvvələri uzun müddətdir Silopiyə hərbi qüvvə toplayır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR