Türkiyəyə daha bir terror xəbərdarlığı: TARİX VƏ YER AÇIQLANDI

Avstraliya Türkiyəyə xəbərdarlıq edib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Avstraliya Xarici İşlər Nazirliyindən iddia edilir ki, 25 iyunda Anzak Anma günündə Geliboluda terror törədilə bilər.

1915-ci il iyunun 25-də avstraliyalılar və yeni zelandiyalılar Osmanlı ordusu ilə ilk dəfə məhz Geliboluda toqquşub. Bu münasibətlə yüzlərlə avstraliyalı və yeni zelandiyalı hər il Türkiyəyə gəlir.

“Avstraliya höküməti terrorçuların Gelibolu yarımadasında Anzak Anma gününü hədəf aldığı barədə məlumat əldə edib” - deyə, xəbərdarlıqda qeyd olunur.

Ziyarətçilərə Türkiyəyə səyahətlərindən vaz keçmələri tövsiyə olunur. Onlara təmkinli olmaq, Ankara, eləcə də İstanbul səfərini yenidən düşünmək məsələhət görülür.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR