Əcnəbi tələbələr Cocuq Mərcanlıya səfər ediblər
Təhsil Nazirliyi bir qrup əcnəbi tələbənin Cocuq Mərcanlı kəndinə səfərini təşkil edib. Səfərin əsas məqsədi əcnəbi tələbələrə ermənilər tərəfindən Cocuq Mərcanlı kəndində törədilən vəhşilikləri göstərmək, işğal altında olan torpaqlarımızın geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də iştirakçıları ölkə Prezidentinin Sərəncamı ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaqdır.
Səfər zamanı iştirakçılara Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən işlər və ərazidə aparılan minadan təmizləmə ilə bağlı məlumat verilib. Daha sonra Təhsil nazirinin müavini Firudin Qurbanov bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb. Səfər iştirakçıları Cocuq Mərcanlıda inşa edilən evlər və məktəb binasının tikinti işləri ilə tanış olub, sonda xatirə şəkli çəkdiriblər.
OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi