Putindən MDB ölkələrinə terror xəbərdarlığı
“Demək olar ki, bütün MDB ölkələri terror hücumları üçün potensial hədəfdir”. APA TV-nin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşü zamanı deyib.
“Təəssüf ki, bununla bağlı vəziyyət düzəlmir. Bunun ən yaxşı təsdiqi isə bu günlərdə Sankt-Peterburqda baş verən faciəvi hadisədir. Bu şəhərdə baş verən terror hücumu zamanı insanlar ölüb, yaralananlar var”, - deyə o vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, MDB ölkələri terrorla yanaşı başqa təhdidlərlə qarşılaşır. Onun sözlərinə görə, bura mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, korrupsiya və xarici qüvvələrin ölkələrin daxili siyasi vəziyyətinə təsiri daxildir.
Qeyd edək ki, görüşdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib.
OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi