Bakıda su sayğacları oğurlayan daha iki nəfər ələ keçdi

Bakıda su sayğaclarının oğurluğu ilə məşğul olan daha iki nəfər saxlanılıb. Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birinin su sayğacını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Yusif Şahbazov və əvvəllər məhkum olunmuş Mehman Əliyev tutulublar.

 

Mehman Əliyev günahını etiraf edib: "Gecə saat 1-2 radələrində açırdıq. Qaz açarı ilə açdıqdan sonra sayğacı götürüb gedirdik. İçindəki latunu metal qəbulu məntəqəsinə vermişik. Martın 24-dən aprelin 1-ə kimi bu işlə məşğul olmuşuq".

 

Saxlanılan şəxslərin ətraflarında aparılan əlavə tədbirlərlə onların rayon ərazisində daha 12 mənzilin girişindən su sayğaclarını oğurladıqları müəyyən edilib.

 

Oğurluq sayğacların metal hissələrini alan qəbul məntəqələri sahiblərinin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR