Metroda partlayış zamanı ölən azərbaycanlı qızın nəşi Azərbaycana gətirildi
Sankt-Peterburqda terror nəticəsində həyatını itirən Dilarə Əliyevanın nəşi Bakıya gətirilib.
Mərhumun xalası APA TV-yə açıqlamasında terroru lənətləyib: "Yazıq belə gözəl balalarımıza. Cavan balalarımızı yazıq eləməsinlər. 3-cü kurs tələbəsi idi. Yandırdı bizi. İnsanı keyfiyyətlərin hamısı onda var idi".
Dilarə Əliyevanın əmisi mərhumun Bakıda dəfn olunacağını deyib: "Terroru lənətləmək lazımdır. Gənc tələbə idi, gələcəyi vardı. Onun nə günahı? Çox gözəl, mehriban qız idi. Universitetdə axırıncı kurslarda oxuyurdu, dərsdən çıxıb evinə gəlirdi. Həmin an terrorçular partlayış edib, belə bir hadisə baş verdi. Bakıda dəfn edəcəyik. İndidən sonra ailəsi burada yaşayacaq. Öz doğma vətəni Gürcüstandır, Faxralı kəndi".
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayışda 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Yaralananlar arasında Azərbaycan əsilli Rusiya vətəndaşı Zaur Vəliyev də var.
OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi