Dünyanın ən bahalı almazı 71,2 milyon dollara satıldı

Dünyanın "Çəhrayı ulduz" adlandırılan ən bahalı daşı satılıb. 59,6 karatlıq almaz "Sotheby" hərracında rekord qiymətə, 71,2 milyon dollara satılaraq dünyanın ən bahalı brilliantı adını qazanıb.

 

Hərrac cəmi 5 dəqiqə davam edib.  Almazı Honkonqun nəhəng zərgərlik mağazalar şəbəkəsi alıb.

 

"Çəhrayı ulduz” Asiyanın hərrac tarixində ən bahalı satış hesab edilir. Çəhrayı almaz ötən ilin mayında 57,6 milyon dollara satılan "Sineva Oppenheimer" böyük mavi brilliantın rekordunu qırıb.

 

Bu daş dünyada ən böyük çəhrayı rəngli almazdır. Hərraca qədər onun qiyməti 60 milyon dollar dəyərində təxmin edilirdi. 

 

Bu almaz 1999-cu ildə tapılıb. Əvvəl onun çəkisi 132,5 karat olub. Bu almazın oval forması üçün üdilən düzəlişlər 2 il çəkib.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR