Cəlilabadda namus davası: həmkəndlisini qətlə yetirdi
Cəlilabad rayonun qətl hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Sərhədabad kəndində qeydə alınıb. Kənd sakini Əli Əliyevlə həmkəndlisi Nemət Aslanov arasında mübahisə düşüb. Əli Əliyev üzərində gəzdirdiyi bıçaqla həmkəndlisinə çoxsaylı zərbələr vuraraq onu qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, Nemət Aslanovun meyiti daxili və xarici müayinə olunması üçün təcili yardım maşını ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə gətirilib. İlkin ehtimala görə, hadisə namus üstündə baş verib. Əli Əliyev qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi