Rusiyada anti-terror əməliyyatları başladı

Sankt-Peterburqda keçirilən anti-terror əməliyyat zamanı Orta Asiya ölkələrindən olan 6 miqrant saxlanılıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onlar 2015-ci ilin noyabrından etibarən insanları İŞİD və "Ən-Nüsra Cəbhəsi " kimi terror qruplaşmalarına cəlb etməkdə ittiham olunur.

 

Onların gizləndiyi məkanlarda axtarışlar nəticəsində ekstremist ədəbiyyat nümunələri, eləcə də istintaq üçün zəruri olan digər dəlillər aşkar edilib. Hazırda bu şəxslərin şəhər metrosunda törədilən terror hücumunda iştirakı versiyası yoxlanılır.

 

Faktla bağlı Rusiya İstintaq Komitəsində zəruri istintaq hərəkətləri davam etdirilir.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR