Seyfdən oğurlanan külli miqdarda pul sahibinə qaytarıldı - CİNAYƏT İŞİ

Yanvarın 15-də Nərimanov rayon sakininin evindən oğurlanan pul tapılaraq sahibinə qaytarılıb. APA TV-nin məlumatına görə, oğurluq hadisəsi Maqsud Əlizadə kücəsi, ev 17, mənzil 30 ünvanında baş verib. Sadiq Heybətov, Röyal Kərimli və Aslan Mikayılov adlı şəxslər evdəki seyfdən 40.000 dollar, 30.000 avro və qızıl-zinyət əşyaları  götürüblər. Nərimanov rayon Polis İdarəsindən APA TV-yə bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 130.000 manata yaxın məbləğin yeri müəyyən edilərək zərərçəkən Ulubəyov  Samir Fayız oğluna qaytarılıb.

 

Faktla bağlı araşdırmalar davam edir. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR