Metroda terror - CÜMLƏLƏR DANIŞIR

Sankt-Peterburq metrosunda terror aktı törətməkdə şübhəli bilinən qırğız əsilli Rusiya vətəndaşı Akbarjon Cəlilovun yaxınları dindirilir. Qonşuları terror aktı xəbərindən sonra şübhəlinin bütün ailəsinin yoxa çıxdığını deyir.

 

Partlayışı törədən Akbarjon Cəlilov terrorçu-kamikadze olub. Onun meyitinin qalıqlarının aşkar edildiyi bildirilir.

 

Terror aktı nəticəsində 14 nəfər ölüb, 50-yə yaxın insan isə yaralanıb. Ölkədə 3 günlük matəm elan edilib.

 

Terror qurbanlarının xatirəsinə yaradılmış guşəni minlərlə insan ziyarət edib. Ziyarətçilər arasında Rusiya prezidenti Vladimir Putin də var.

 

Rusiya Baş Prokurorluğu hadisənin terror aktı olduğunu təsdiqləyib. Terrorçu partlayıcı qurğunu özü ilə stansiyaya keçirib və "Sadovaya" stansiyasında qurğunu işə salıb.

 

Sankt-Peterburqda gün ərzində metrodan 3 milyona yaxın insan istifadə edir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR