Sabirabadda dəhşətli qəza: qatar avtomobili əzərək 200 metr sürüdü - HADİSƏ YERİNDƏN

Sabirabadda qatar avtomobili əzib. Qəza nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. APA TV-nin Mil-Muğan bürosunun hadisə yerindən verdiyi xəbərə görə, qəza 4.30 radələrində Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Qardaşkənd kənd sakini,  1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlunun idarə etdiyi  “QAZ 31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobili qorunmayan dəmir yolunu keçərkən  qatarla toqquşub. Qatar avtomobili relslər üzərində təxminən 200 metrə qədər sürüyüb.

 

Qəza nəticəsində avtomobilin sürücüsü və Sabirabad rayonu Qardaşkənd kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu hadisə yerində ölüb.   Avtomobildə olan digər sərnişin Baxşəliyev Zakir Ağaşəfi oğlu müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. 

 

Faktla bağlı İmişli xətt polisi tərəfindən araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR