Şimali Koreya Yaponiya istiqamətində ballistik raket atdı
ABŞ və Çin liderlərinin görüşü öncəsi Şimali Koreya daha bir ballistik raket sınağı keçirib.
APA TV-nin məlumatına görə, Pentaqon raketin Yapon dənizinə düşdüyünü bildirib. İlkin araşdırmalara görə, atılan raketin orta ölçülü KN-15 tipli ballistik raket olduğu müəyyənləşib.
Raket Şimali Koreyanın əsas dənizaltı bazasının yerləşdiyi Sinpo limanından atılıb. Pxenyan hökuməti ötən ay Yapon dənizinə doğru eyni vaxtda bir neçə raket atıb, onlardan bəziləri Yaponiya su sərhədləri daxilinə düşüb.
Ötən həftə paylaşılan peyk görüntüləri isə Şimali Koreyanın nüvə sınaqlarında son mərhələyə gəldiyini göstərib. Kim Çen İnin babasının doğumu günü - 15 apreldə yeni bir nüvə testi edəcəyi gözlənilir.
ABŞ prezidenti Donald Trampla Çinli həmkarı Si Tzinpin görüşünə bir neçə saat qalmış raket sınağının meydan oxumaq məqsədi güddüyü güman olunur.
Qeyd edək ki, ötən həftə Donald Tramp Si Tzinpinə "Çin Şimali Koreya problemini həll etməsə, ABŞ hərəkətə keçəcək" mesajı verib.
İki liderin görüşündə Şimali Koreya məsələsi əsas müzakirə mövzusu olacaq.
OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi