ABŞ-ın ehtiyatları azalır, neftin qiyməti 55 dollara yaxınlaşır
ABŞ-ın neft ehtiyatlarının azalacağına dair proqnozlar neftin qiymətini sürətlə bahalaşdırır. Liviyanın neft hasilatını artırması belə "Brent" neftinin bahalaşmasını dayandıra bilməyib. Hazırda bu markadan olan neftin qiyməti sürətlə 55 dollara yaxınlaşır. Qərbi Texas nefti də bahalaşmaqda davam edir. Səhər seanslarında WTİ neftinin bir bareli 51,38 dollardan təklif olunur.
Qiymətlərin bahalaşmasına mövsümü amillər də təsir göstərir. Nəqliyyatdan daha çox istifadə mövsümünün başlaması ABŞ-da neft məhsullarına tələbatı artırır. Proqnozlara görə, ABŞ Energetika Nazirliyi ötən həftə anbarlarda olan ehtiyatlarının həcminin 500 min barel azalacağını açıqlayacaq. Əgər proqnoz özünü doğrultmuş olsa, ABŞ-da ehtiyatlar ikinci həftə ard-arda azalmış olacaq ki, bu da dünya bazarında neftin mövqelərini möhkəmlədir. Treyderlər gün ərzində neftin qiymətinin 55,10 dollar səviyyəsinə qalxa biləcəyini istisna etmirlər.
OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi