Mey Ər-Riyada başı açıq gəldi: "Ərəb qadınları məndən ibrət götürsün"

Böyük Britaniyanın baş naziri Tereza Mey Səudiyyə ƏrəbistaƏr-Riyada səfər edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, krallığın hökumət rəhbəri Səudiyyə Ərəbistanının daxili qaydalarını pozaraq təyyarədən başı açıq enib.

Səudiyyə tərəfindən onu qarşılayan şəxslərin təkidinə baxmayaraq Mey başını örtməkdən imtina edib. O bildirib ki, bu hərəkəti ilə çox şey demək istəyir:

"Ümid edirəm ki, yerli xanımlar məni lider kimi qəbul edəcək və qadının nələrə qadir olduğunu anlayacaqlar" - deyə, ingilis rəsmi bəyan edib.

Xatırladaq ki, Səudiyyə qanunlarında əcnəbi qadınların başını örtməsi məcbur deyil, amma bu ölkəyə gələn xanımlar yerli adətlərə hər zaman uyğunlaşmağa məcbur olurlar.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR