İbadi Bərzaniyə səsləndi: "Türkiyəni daxili işlərimizə qarışmağa məcbur etmə!"
İraqın baş naziri Şimali İraq Kürd Muxtariyyətinin "müstəqillik referendumu" planına və Kərkükə peşmərgə bayrağı asılmasına münasibət bildirib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Haydar əl-İbadi şəhərdə sabitliyin pozulmasına gətirib çıxara biləcək istənilən hərəkəti qınadığını və ölkə konstitusiyasına əməl edilməsinin vacibliyini vurğulayıb.
Kərkükdə Şimali İraq Kürd Muxtariyyətinin bayrağının onsuz da 10 ildən artıqdır dalğalandığını deyən hökumət rəhbəri şəhər icra başçısı Nəcməddin Kərim və bölgə məclisinə səslənərək İŞİD-ə qarşı birləşmənin zəruri olduğu bir vaxtda belə narazılıqların anlamsız olduğunu söyləyib.
İbadi qonşu dövlətlərin də bu məsələdən narahat olduğunu vurğulayıb. O bildirib ki, xüsusilə Türkiyəni İraqın daxili işlərinə müdaxilə etməyə məcbur edə biləcək belə hərəkətlərə yol verməmək lazımdır.
OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi