Portuqaliyalı hücumçu ömürlük futboldan uzaqlaşdırıldı - BU HƏRƏKƏTƏ GÖRƏ

Portuqaliya çempionatının aşağı liqalarından birində baş tutan oyunda qalmaqal yaşanıb.

APA TV-nin məlumatına görə, oyun zamanı hakim döyülüb.

"Kanelas" klubunun hücumçusu Marko Qonsalveş hakimin üzünə dizi ilə zərbə endirib.

Buna səbəb hakimin onu meydandan qovması olub.

Bu hərəkətdən sonra meydana mühafizə xidməti və polis əməkdaşları daxil olub.

Oyundan sonra verilən qərara görə, Marko Qonsalveş ömürlük peşəkar futboldan uzaqlaşdırılıb.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR