"Piter terrorçusu" iki gün əvvəl doğum gününü qeyd edib - YENİ FAKTLAR ÜZƏ ÇIXDI

Aprelin 3-də Sankt-Peterburq metrosunda partlayış törədən Akbarjon Cəlilov terrorçu-kamikadze olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, onun meyitinin qalıqları qatarın üçüncü vaqonunda aşkar edilib.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, partlayıcı qurğuları o özü stansiyaya keçirib.
 
Qurğulardan biri metronun "Ploşad Vosstaniya" stansiyasında aşkarlanıb. Üzərində olan qurğunu isə o, "Sadovaya" stansiyasında vaqonda olarkən işə salıb.

Akbarjon Cəlilov qırğız əsilli Rusiya vətəndaşı olub. O, iki gün əvvəl - aprelin 1-də doğum gününü qeyd edib. Terrorçu-kamikadze Sankt-Peterburqdakı suşi-barların birində çalışıb.

Xatırladaq ki, Sankt-Peterburq metrosunda törədilən terror aktında 14 nəfər ölüb. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR