Prezident İlham Əliyevə Serbiyanın Ali ordeni təqdim olundu
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 4-də Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.
Səfir Neboyşa Rodiç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın Ali ordenini dövlət başçısına təqdim edib.
Səfir Azərbaycan prezidentinə Ali ordenə layiq görülməsi münasibətilə Serbiyanın prezidenti Tomislav Nikoliçin təbriklərini çatdırıb.
Prezident İlham Əliyev Ali ordenə layiq görülməsini yüksək qiymətləndirib və təbriklərə görə minnətdarlığını Serbiya prezidentinə çatdırmağı xahiş edib.
Dövlət başçısı prezident Tomislav Nikoliçin Azərbaycana səfəri və onunla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırladıb. Prezident İlham Əliyev eyni zamanda, Serbiyada keçirilmiş son prezident seçkilərində Aleksandr Vuçiçin qələbəsi münasibətilə təbriklərini çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Aleksandr Vuçiçi Azərbaycana səfərə dəvət edib. Səfir Neboyşa Rodiç prezident İlham Əliyevin Serbiyaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman