Moskvada iki erməni qətlə yetirildi
Moskvada iki erməni öldürülüb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Xoren Marqaryanla Mikael Lalayanın cəsədləri "Mercedes" markalı avtomobilin yük yerindən aşkarlanıb.
Qətlə yetirilən Xoren Marqaryan Ermənistan vətəndaşıdır, digəri isə Abxaziyada doğulub.
Polisdən verilən məlumata görə, qətlə yetirilməzdən əvvəl onların hər ikisi fiziki zorakılığa məruz qalıb. İstintaq qətlin sifarişli olmasını ehtimal edir. Hazırda polis hadisənin motivini və həmin şəxslərin yaxın əlaqələrini araşdırır.
Qeyd edək ki, faktla bağlı "Qəsdən adam öldürmə" və "Qanunsuz silah dövriyyəsi" maddələri ilə cinayət işi qaldırılıb.
OXŞAR XƏBƏRLƏR
14:29
209
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
264
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1074
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1182
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1707
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1085