Sankt-Peterburqda yeni terror həyəcanı: bir neçə stansiya bağlandı

Səhər saatlarında Sankt-Peterburq metrosunun bir neçə stansiyası bağlanıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Sennaya ploşad", "Spasskaya" və "Sadovaya" stansiyaları yaxınlığında nəzqliyyatın və piyadaların hərəkəti də məhdudlaşdırılıb.

Bir müddət sonra isə "Dostoyevski" və "Vladimirski" stansiyaları da bağlanıb. Əraziyə polis ciddi nəzarət edir.

Səbəb açıqlanmır.


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR