Şəmkirdə müəmma: yanmış evdən 33 yaşlı şəxsin meyiti tapıldı
Şəmkirdə yaşayış evi yanıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəllər Cırdaxan kəndində qeydə alınıb.
Vətəndaşa məxsus ümumi sahəsi 150 kv.metr olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət ev, ona bitişik tikilmiş, ümumi sahəsi 120 kv.metr olan 3 otaqlı köməkçi tikili və ümumi sahəsi 80 kv.metr olan talvarın yanar konstruksiyaları yanıb.
Yanğın kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Cəfərov Anar Cavanşir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb, aidiyyəti üzrə təhvil verilib. Qonşular hadisədən səhər saatlarında xəbər tutduqlarını deyib: "Gecə saat 12-ə kimi bizdə olub. Çay-çörək yeyib. Axırda deim ki, yatmaq vaxtıdır, qalx get, o da getdi. Sabah saat 5 idi, qonşu məni çağırdı ki, o evdə yanğın var. Qalxanda gördük ki,aynadan qapıdan tüstü çıxır".
Qonşuların dediyinə görə, evdə tək yaşayan Anar Cəfərov evi işıqlandırmaq üçün şamdan istifadə edirmiş. Yanğına da şamın səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman