Binəli Yıldırım: "Kürd Muxtariyyətinin referendum keçirməsi qəbuledilməzdir"
"Kürdüstan Muxtariyyətinin müstəqillik referendumu bölgəni münaqişə mərkəzinə çevirər". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikri Türkiyənin baş naziri Binəli Yıldırım İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihini qəbul edərkən deyib.
Salihi ötən gün axşam saatlarında Ankarada rəsmi səviyyədə, nazirlər kabinetində qəbul olunub.
Yıldırım Salihiyə "müstəqillik referendumu keçiriləcəyi" barədə qəbul olunmaz açıqlamaların verildiyi dövrdə Türkiyənin bölgədəki soydaşlarının yanında yer alacağını bildirib.
Baş nazir iraqlı türkmənlərdən məzhəb fərqi güdmədən öz aralarında birlik içərisində olmalarını və bölgədəki baş verən hadisələrə qarşı ortaq mövqe qoymalarını istəyib. Salihi də Türkiyəyə İraq türkmənlərinə daimi dəstəyi üçün təşəkkür edərək, məqsəd və iş birliyinin gələcəkdə də artaraq davam edəcəyinə ümid etdiklərini vurğulayıb.
Hadisələri yaxından izləyən Ankaranın müstəqillik referendumu və bayraq məsələsində bir neçə dəfə kürd muxtariyyəti ilə danışdığı və danışıqlara davam etdiyi, lazımı xəbərdarlıqların edildiyi qeyd olunub. Yaxın Şərqdə olanlara yeni bir problemin əlavə olunmasının vəziyyəti çıxılmaz hala gətirəcəyi vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman