Saxlanılan şəxs: “Şeytan məni oğurluğa vadar etdi”
Hacıqabul rayonunda əmisinin evindən oğurluq edən şəxs saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndində yaşayan Ağaşərif Əzizov evindən ona məxsus pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polis şöbəsinə ərizə ilə müraciət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluq hadisəsi Qubalı Baloğlan kənd sakini, 1990-cı il təvəllüdlü Əzizov Mirzağa Əşrəf oğlu tərəfindən törədilib. M. Əzizov ötən il noyabrın 29-da saat 10.00 radələrində əmisinin evinə pəncərədən daxil olaraq oradan 400 manat dəyərində qızıl-zinət əşyaları və 400 manat pul oğurlayıb.
Faktla bağlı Hacıqabul Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:29
205
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
262
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1074
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1182
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1707
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1085