Həştərxanda polislər belə güllələndi - KAMERA GÖRÜNTÜSÜ

Rusiyanın Həştərxan şəhərində iki polis əməkdaşı qətlə yetirilib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şəhərin "Avtozapravoçnaya" küçəsində yol qəzası xəbəri alan iki polis hadisə yerinə gəlib.


Burada onlar naməlum şəxslər tərəfindən atəşə tutulub. Polislər aldıqları güllə yaralarından hadisə yerində ölüb.

Araşdırmalar nəticəsində məlum olub ki, yol polisi əməkdaşlarına 8 nəfər hücum edib.

Qətli törədən şəxslərin təhlükəsizlik kamerasına düşüb. Onların kimliyi də məlum olub və fotoları yayılıb.

Qatillərin terrorçu qruplaşmaların üzvü olduğu istisna edilmir. Axtarışa verilən şəxslər ən böyüyünün 27, ən kiçiyinin 21 yaşı var. Onların beşi Rusiya, ikisi Qazaxıstan vətəndaşıdır. Qatillər ağ rəngdə "QAZel" markalı maşınla hadisə yerindən qaçıb.

 


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR