Udmurtiya prezidenti həbs olundu
Bu gün səhər saatlarında Udmurtiya Respubkilasının prezidenti Aleksandr Solovyov həbs olunub. Onu İjevsk-Moskva reysini həyata keçirən təyyarədə həbs ediblər. Qolları qandallanan Solovyov elə həmin reyslə Moskvaya gətirilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbəri təsdiqləyib və Solovyovun həbsi ilə bağlı prezidentə məruzə edildiyini deyib. Hələlik həbsin səbəbi məlum deyil. İlkin ehtimala görə, Udmurtiya prezidenti nəqliyyat sektorunda külli miqdarda yeyinti faktının aşkarlanması səbəbilə həbs olunub. Rəsmən təsdiqlənməsə də, prezidentə qarşı vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlandığı bildirilir.
Bu ehtimalı Aleksandr Solovyovdan sonra "Udmurtavtodor"un rəhbəri Aleksandr Korepanovun da həbs olunması faktı təsdiqləyir. Korepanov bu vəzifəyə Aleksandr Solovyov Udmurtiyanın dövlət başçısı seçildikdən sonra təyin edilmişdi.
Xatırladaq ki, bir həftə əvvəl sosial şəbəkələrdə Udmurtiya prezidentinin istefa ərizəsi yazdığı barədə xəbərlər yayılıb. Solovyov isə heç bir ərizə yazmadığını, prezident istəyənə qədər bu posta işləyəcəyini deyərək xəbəri təkzib etməyə çalışıb.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman