Birjalar ABŞ-dan gələcək xəbərləri gözləyir, neftin bahalaşması prosesi dayandı
ABŞ-ın neft ehtiyatlarının növbəti dəfə artacağı gözləntiləri birjalarda "qara qızıl"ın bahalaşmasını dayandırıb.
Son 24 saat ərzində "Brent" markalı neftin maksimum qiyməti 53,67 dollar olsa da, bu gün səhər keçirilən seanslarda qiymət təxminən 80 sent ucuzlaşıb. Hazırda bu markadan olan neftin bir bareli 52,67 dollara satılır.
Qərbi Texas nefti də ucuzlaşır. Bir həftədən sonra WTİ neftinin qiyməti yenə 50 dolların altına düşüb. Hazırda Qərbi Texas nefti 49,92 dollara təklif olunur.
Qiymətlərin ucuzlaşması sırf ABŞ-dan qaynaqlanan amillərlə bağlıdır. OPEK-in baş katibi Məhəmməd Barkindo dünyada neft ehtiyatlarının azalmağa başladığını açıqlayıb və bu amilin neft bazarına ciddi təsir göstərəcəyini deyib. Baş katibin sözlərinə görə, məhz bu səbəbdən OPEK üzvlərinin hasilatı azaltması bazarda balansı təmin edə bilir.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman