Sankt-Peterburq terrorunda şübhəli bilinən şəxsin kimliyi açıqlandı
Sankt-Peterburq metrosunda terror aktı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu 1995-ci il təvəllüdlü qırğız əsilli Rusiya vətəndaşı Cəlilov Akbarjon Akramjanoviçdir. Mətbuatda A. Cəlilovun fotoşəkli də yayımlanıb.
Bu arada, Qırğızıstan xüsusi xidmət orqanları adıçəkilən şəxsin Moskva metrosunda partlayış törədə biləcəyini istisna etmir. Bu barədə qurum rəsmisi Rahat Sülaymanov bildirib.
Qeyd edək ki, aprelin 3-də metronun "Sadovaya" stansiyasında partlayış həyata keçirilib. Son məlumata görə, hadisə nəticəsində 11 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 205-ci, "terrorçuluq" maddəsilə cinayət işi qaldırılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman