Qazaxda avtomobil şini partladı: 2 yaralı

Qazaxda təkər təmiri sexində partlayış olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb. Təkər təmiri sexində avtomobil təkərinə hava vurulan zaman şin partlayıb. Hadisə nəticəsində sexdə işləyən Ağköynək kənd sakini, 32 yaşlı Əmiraslan Əmiraslanov və təkəri təmirə gətirən “KamAZ” markalı avtomobilin sürücüsü, Kamuna kənd sakini, 53 yaşlı Elçin Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR