Sankt-Peterburq metrosunda partlayış anının görüntüləri yayıldı
Rusiyanın Sankt-Peterburq şəhərinin metrosunda baş vermiş partlayış anının görüntüsü yayılıb.
Rusiya Milli Antiterror Komitəsi terror aktı nəticəsində ölən və yaralıların sayı haqqında yeni məlumat açıqlayıb. Komitə terror aktı nəticəsində 11 nəfərin öldüyünü, 45 nəfərin isə yaralandığını bildirib.
Qeyd edək ki, aprelin 3-də Peterburq metropoliteninin "Texnoloji institut" və Sennaya ploşşad" stansiyaları arasında vaqonda partlayış baş verib.
Bundan başqa Milli Antiterror Komitəsi Peterburq metorpoliteninin "Ploşşad Vostaniya" stansiyasında da əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Partlayıcı zərərsizləşdirilib.
Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:29
205
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
261
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1074
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1182
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1707
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1085