“Təzə bazar”da güclü yanğın baş verib, sahibkarlara xeyli ziyan dəyib

Bakıda “Təzə bazar” adlanan ərazidə yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə bazarın geyim əşyaları və meyvə-tərəvəz satılan hissəsindən başlayıb. Alov tez bir zamanda geniş ərazini əhatə edib. Hadisə yerinə Bakının müxtəlif rayonlarından yanğınsöndürmə briqadaları cəlb olunub.

 

Alovla təxminən 40-45 dəqiqəlik mübarizədən sonra yanğın söndürülüb və bütün bazarı əhatə etməsinin qarşısı alınıb. İlkin məlumata görə, sahibkarlara yanğın nəticəsində xeyli ziyan dəyib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR