Sankt-Peterburqdakı terrorda yaralananlardan biri azərbaycanlıdır
Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində yaralananların siyahısı açıqlanıb. Onlardan biri azərbaycanlıdır. Bu barədə APA-nın Rusiya bürosuna Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.
Həmyerlimiz Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib. Başsağlığında deyilir ki, Azərbaycan heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyir.
Sankt-Peterburq administrasiyası metroda baş vermiş faciə ilə bağlı aprelin 4-dən başlayaraq üçgünlük matəm elan edib.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman