Xüsusi zolaqlara qanunsuz daxil olan sürücülər 40 manat cərimə olunacaq
IV İslam Oyunları zamanı mayın 1-dən 25-dək Bakının müəyyən yollarında çəkilən xüsusi zolaqlardan yalnız həmin oyunlara cəlb olunacaq və xüsusi buraxılış vərəqəsinə malik və loqotiplərlə işarələnmiş nəqliyyat vasitələri istifadə edə biləcək.
APA TV-nin məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib. O, zolaqların çəkiləcəyi əraziləri də açıqlayıb: "Bunlar əsas etibarilə Ziya Bünyadov prospektindən Atletlər kəndinədək, Bakı Atıcılıq Mərkəzindən başlayıb, Salyan şossesinə qədər olacaq. Salyan şossesində kənarkeçmə yolundan Bibiheybət yoluna qədər hissədə, Bibiheybət yolu Avropa oyunları parkının dairəvi keçidindən Bayıl qəsəbəsindəki 20-ci sahəyədək olan hissə, Neftçilər prospekti üzrə bayraq meydanından Bakı İdman Zalınadək. Bu, təxminən 2 kilometrlik məsafədi".
Adı çəkilən yollardan əlavə, xüsusi hərəkət zolaqlarının Qara Qarayev, Atatürk, Tbilisi və Vaqif prospektləri, Fətəli xan Xoyski, Hənifə Ələsgərov, Abdulvahab Salamzadə küçələri və Böyükşor şosesində ayrılması müəyyənləşdirilib.
K. Əliyev onu bildirib ki, bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücülərinə 40 manat cərimə nəzərdə tutulub.
Xatırladaq ki, İslam Həmrəyliyi oyunları zamanı bölgələrdən gələn nəqliyyat vasitələrinin Bakıya girişinə məhdudiyyətlər qoyulacaq.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman