Sankt-Peterburqda baş verən partlayışda 10 nəfər ölüb, 50 nəfər yaralanıb
Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb. Hadisə zamanı 50 nəfər yaralanıb. “Texnoloji institut” stansiyasında baş verən partlayışın gücü 200-300 qram trotil ekvivalentində olub. Digər metro stansiyasında şübhəli əşyanın tapılması barədə xəbərlər var.
Partlayışın terror aktı nəticəsində baş verdiyi istisna olunmur. Hadisə barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunub. Belarus dövlət başçısı Aleksandr Lukaşenko ilə görüşdən sonra Putin partlayışla bağlı açıqlama verib. Putin bildirib ki, partlayışla əlaqədar terror aktı da daxil olmaqla bütün versiyalar araşdırılır. Prezident hələlik partlayışın səbəblərinin məlum olmadığını deyib.
Federasiya Şurasının sədr müavini Frans Klinçeviç bildirib ki, bu hadisəyə görə ən qəddar formada cavab veriləcək. O, partlayışın terror aktı olmasına şübhə olmadığını deyib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov APA-nın Rusiya bürosuna bildirib ki, metroda baş verən partlayış nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman