KEŞLƏDƏ DƏHŞƏTLİ QƏTL: qadın yaralandı, oğlu və qızı isə öldürüldü
Bu gün gecə 01.00 saatlarında Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti tapılıb. Onun anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə dərhal Nərimanov rayon prokurorluğu və Nərimanov rayon Polis İdarəsinin rəhbər şəxslərindən ibarət əməliyyat-istintaq qrupu cəlb edilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının isti izlərlə həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan Lətifə Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan Lətifə Məmmədova cinayəti törətməkdə şübhəli bilinən Azər Cəfərovun həyat yoldaşının xalası olub.
Azər Cəfərov hadisənin təfərrüatını danışıb: "Aramızda mübahisə yarandı. Götürüb taxtanı vurdum başına. Sonra qoydum maşının baqajına".
Saxlanılan şəxs daha sonra ailənin digər üzvlərinin yaşadığı evə yollanıb. Qarət məqsədi ilə evə girən Azər Cəfərov öldürdüyü şəxsin anası Lətifə Məmmədovanı, daha sonra onun qızı Fəridə Qasımovanı bıçaqlayıb. Fəridə Qasımova aldığı xəsarətdən ölüb.
Saxlanılan şəxs hadisədən sonra qətlə yetirilən şəxslərin mənzilindən oğurluq da edib: "Pulları saymadım, bilmirəm nə qədər idi. Pul kisəsi vardı, onu götürüb çıxdım".
Fakta bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman