Sankt-Peterburq metrosunda güclü partlayış: ölənlər var - HADİSƏ YERİNDƏN
Sankt-Peterburq metrosunda partlayış baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə "Sadovaya" stansiyasında vaqonda qeydə alınıb.
Şahidlərin dediyinə görə, ölənlər var, yaralı sayının çox olduğu dəqiqdir. Partlayışın gücündən vaqon yararsız hala düşüb, qapılar demək olr ki, yerindən qopub. Platformanın qatı tüstü dumanı içində olduğu gələn məlumatlar arasındadır.
Metronun bir neçə stansiyasında giriş və çıxışlar bağlanıb. Bundan başqa "Qiyam meydanı" - "Mayakovski" stansiyaları arasındakı keçid də bağlanıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalar başlanıb.
OXŞAR XƏBƏRLƏR
14:29
286
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
325
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1087
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1183
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1708
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1086