Sərkisyan rejimi parlament seçkilərinin nəticələrini saxtalaşdırıb - POLİTOLOQ RƏYLƏRİ

Ermənistan parlamentinə keçirilən seçkilərlə bağlı verilən proqnozlar özünü doğrultdu. Total saxtakarlıqlarla müşayiət olunan seçkilərdə Sərkisyan  rejimi ədalətli seçkilərin keçirilməsinə mane oldu, eləcə də separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərində nəzarəti gücləndirdi. Millət vəkili Rasim Musabəyovun sözlərinə görə, hakim partiya əlində olan inzibati resurslardan və puldan istifadə etməklə öz üstün mövqeyinin saxlayıb. Baxmayaraq ki, seçkilərdən əvvəl keçirilən sorğularda Sərkisyanın partiyası heç 30 faiz səs toplaya bilmirdi.

 

Rasim Musabəyov Millət vəkili

 

Hakim partiyanın parlamentdə tam üstünlüyü yoxdur. Kimləsə koalisiyaya girməlidirlər. Böyük ehtimalla bu, daşnaklar və ya Tsarukyanın partiyası olacaq. Real siyasi səhnədə böyük dəyişikliklər gözlənilmir. Baş nazir də qalacaq. Seçici siyahılarında Ermənistanda yaşamayan 1 milyon insan var. Rusiyaya köçən insanların əvəzinə hakim partiyaya yaxın insanlar seçkilərin nəticələrini hakim partiyanın xeyrinə istədiyi kimi dəyişdi.

 

Seçkilər nəticəsində Serj Sərkisyanı sərt tənqid edən hər iki müxalif blok mitinqlərdə kifayət qədər kütləviliyi təmin etsələr də, parlamentdən kənarda qalıb. Ancaq Sarkisyana yaxın “Çiçəklənən Ermənistan” və “Daşnaksutyun” partiyaları parlamentdə təmsil olunacaq. Politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu nəticələrə və seçkinin saxtalaşdırılmasına qarşı Ermənistanda aksiyaların keçiriləcəyi gözlənilir.

 

Fikrət Sadıqov Politoloq

 

Hakim partiya, ona yaxın "Tsarukyan" bloku və Daşnaksutyun partiyasını öz mifik ideyaları ilə başqa blokları parlamentə buraxa bilməzdilər. Çünki Ermənistanda müəyyən proseslər getməlidir. Orada Konstitusiya dəyişiklikləri baş verir. Prezident sistemindən parlament sisteminə keçir. Burada təbii olaraq Sərkisyan rejimi və ərtafı əllərindən gələni ediblər ki, hakimiyyəti öz əllərində saxlasınlar.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə gəldikdə isə siyasi ekspert Arzu Nağıyev deyir ki, seçkilərin nəticəsi Qarabağ danışıqlarında hansısa irəliləyişin olmayacağından xəbər verir. Çünki Sərkisyan və tərəfdarları status-kvonu uzatmaqda maraqlıdır.

 

Arzu Nağıyev siyasi ekspert

 

Düşünürəm ki, Rusiya yönümlü partiyalar yenə də qələbə çaldı. Baxmayaraq ki, Sərkisiyana qarşı Rusiya tərəfdən bir sıra inamsızlıqlar vardı, lakin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gözlədiyimiz müsbət addımlar yəqin ki, atılmayacaq. Gələcəkdə Dağlıq Qarabağ separatçılarının və səhra komandirlərinin tərəfdarı olan Sərkisyan parlamentdə təmsil olunan partiyalarla müvafiq qərarlar verəcəksə, bu qərarlar Azərbaycanın lehinə olmayacaq.

 

Xatırladaq ki, Ermənistanda Konstitusiyaya dəyişikliklərdən sonra ilk dəfə parlamentə seçkilər keçirilib. Ermənistan faktiki olaraq parlament üsul-idarəsinə keçib. Total saxtakarlıqlarla müşayiət olunan seçkilər nəticəsində hakim partiya ilə yanaşı "Tsarukyan" və "Yelk" blokları, "Daşnaksütyun" partiyası parlamentə təmsil olunmaq hüququ qazanıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR