Ermənistan müxalifəti seçkinin nəticələrini tanımır: Rüşvət qalib gəldi
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, bu fikirləri "Azad Demokratlar" partiyasının namizədi Stepan Safaryan səsləndirib. O, eyni zamanda bu seçkilərin də öncəkilərdən fərqlənmədiyini və yenə də rüşvətin qalib gəldiyini bildirib.
Bundan sonra atılacaq addımlara gəlincə, S. Safaryan buna yalnız rəsmi nəticələr elan olunduqdan sonra qərar verəcəklərini açıqlayıb.
"ELK" blokunun üzvü, deputatlığa namizəd Aram Sarkisyan da "exit-poll"un nəticələrini tanımayacaqlarını bəyan edib. O, bu dəfəki seçkilərin utancverici qanun pozuntuları şəraitində, böyük miqdarda rüşvət oyunları hesabına keçirildiyini qeyd edərək, Mərkəzi Seçki Komissiyasının yekun qərarından sonra müəyyən addımların atılacağını söyləyib.
"Ohanyan-Raffi-Ovannisyan" bloku isə məsələyə şərh verməkdən qəti şəkildə imtina edib.
"Buna nə şərh verəsən axı? Gedin və oyuncaq ölkənizdə yaşamaqda davam edin" deyə, blokun təmsilçisi Armen Martirosyan mövqeyini açıqlayıb.
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu seçkilər zamanı təkrar səsverməyə cəhd faktları ilə bağlı 6 cinayət işi açıb. İstintaq çərçivəsində 1 nəfər saxlanılıb. Baş Prokurorluq 392 müraciətdə seçki cinayəti əlamətlərinin müşahidə edildiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman