Hacıqabul sakinin evinə quldur basqını edənlər tutuldu
Hacıqabul sakininin evinə quldur basqını edən dəstə üzvləri həbs edilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul və Salyan rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2017-ci il tarixdə Hacıqabul rayon Qubalı kənd sakini Tağıyev Kazım Fazil oğlunun yaşadığı evə oğurluq məqsədilə daxil olaraq quldurluq edən şəxslər saxlanılıb.
Quldur basqınını həyata keçirən şəxslərin Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini, 25 yaşlı Elxan Maarif oğlu Kərimov, Kürdəmir rayon sakini, 24 yaşlı Rəvan Yengibar oğlu Qasımov, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 23 yaşlı Cavidan Elxan oğlu Bağırlı, Hacıqabul rayonunun Udulu kənd sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı Niyaməddin Dostəli oğlu Eminov və Sabirabad rayonu Güdəcühür kənd sakini, 31 yaşlı Elçin Nadir oğlu Əkbərov olduğu müəyyən edilib.
İstintaq tərəfindən müəyyən olunub ki, evinə quldur basqını edilən Kazım Tağıyevin qonşuluğunda yaşayan həmkəndlisi Niyaməddin Eminov dəstəyə başçılıq edərək qonşusunun 80 min manat pulunun olduğunu dəstə üzvlərinə xəbər verib. Daha sonra onun təklifi əsasında pulun quldurluq yolu ilə ələ keçirilməsini təşkil edib.
Həmin şəxslər bu ilin 13 fevralında üzlərinə maska taxaraq gecə saat 02:40 radələrində Kazım Tağıyevin yaşadığı evə daxil olub, onun əl qolunu və ağzını yapışqan lentlə bağladıqdan sonra mənzildə olan 13050 manat pulu, 2 blok siqareti və 1 ədəd mobil telefonu ələ keçirərək oranı tərk ediblər.
Dəstə üzvlərinin digər cinayətlərdə də iştirakı istintaq tərəfindən araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman