Türkiyədə 113 min FETO üzvü həbs olunub

Türkiyədə "FETÖ təhqiqatı" çərçivəsində həbs olunanların sayı açıqlanıb.

 

APA TV-nin məlumatına görə, statistikanı daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

 

"Bu günə qədər 113 min 260 şəxs FETÖ ilə bağlı saxlanılıb və təxminən 745 nəfərin saxlanılması istiqamətində işlər davam edir. Həbs olunanların sayı 47 min 155-dir, bu önəmli bir rəqəmdir. Məhkəmə nəzarəti ilə sərbəst buraxılan 41 min 499, sərbəst qalan 23 min 861 nəfər var, 863 nəfər isə fəraridir. Həbsdə olanların 10 min 732-si polis, 168-i general olmaqla 7 min 463-ü hərbçi, 2 min 575-i hakim və prokuror, 26 min 177-si mülki şəxs, 208 nəfər məmurdur", - deyə nazir bildirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR