Cocuq Mərcanlıda Şuşa məscidinin analoqu olan məscid tikiləcək
“Cocuq Mərcanlıda ilk qəsəbə Qurtuluş günündə istifadəyə veriləcək”. Bu fikirləri jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Komitə sədri bildirib ki, ilkin mərhələdə Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri 2 aya yekunlaşacaq. Tikinti işləri mayda başa çatacaq. Eyni zamanda kənddə Şuşa məscidinin analoqu olan məscid də tikiləcək.
Cocuq Mərcanlıda ilk qəsəbənin açılışının 15 iyun - Qurtuluş günündə baş tutması gözlənilir: “Mən inşaatçılardan işlərin daha sürətlə həyata keçirilməsini xahiş etdim. İnşaatçılar nə mümkündürsə, edirlər. 10-15 günə bu işlər görülübsə, böyük nəticədir. Heç bir yerdə insanlar belə həvəslə işləmirlər. Bu kəndin ab-havası, qayıdış prosesdə tikintinin sürətinə təsir edib”.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman