DGK sədrinin müavini: "Bakı-Tiflis-Qars xətti ilə bağlı qurumlar əlaqəli işləməlidir"
Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Bakı-Tiflis-Qars dəmir yolu xəttinin gələcək fəaliyyəti ilə bağlı üçtərəfli texniki görüş keçirilib.
APA TV-nin məlumatına görə, görüşdə Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə bağlı məlumat mübadiləsinin texniki şərtləri, sənədlərin müqayisə edilməsi, mübadilə ediləcək məlumatların müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunub.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir: “Bu dəmiryolu xəttinin inşası və onun fəaliyyətə başlaması region və dünya üçün çox önəmlidir”.
O bildirib ki, gömrük orqanları bu layihə ilə bağlı işləri tək görə bilməz: “Bu layihə ilə bağlı Azərbaycan və Gürcüstan tərəfi sənədlərin hazırlanması və pasport məsələləri ilə bağlı həm ölkələrin sərhəd xidmətləri, pasport qeydiyyat idarələri, həm də digər dövlət qurumları ilə əlaqələndirilmiş formada işləməlidir. Şahin Bağırov dəmir yolu ilə sərnişinlərin daşınması məsələsinə də toxunub: "Biz hesab edirik ki, yaradılan və bərabər formada təşkil edilən ümumi iş prosesi, istər Azərbaycan, istərsə də digər ölkələrdə yaşayan sərnişinlərin bu qatardan istifadə etməsinə əlverişli şərait yaradacaq".
Görüşdə həmçinin Azərbaycan, Gürcüstan və Türkiyə tərəflərinin Bakı-Tiflis-Qars dəmiryolu xəttinin tikintisi və bu günə qədər görülən işlərlə bağlı fikirləri dinlənilib. Hər üç tərəfin nümayəndələri bu layihə ilə heç bir texniki məsələnin qalmadığını vurğulayıblar.
Tədbir çərçivəsində bu ilin 2-3 may tarixlərində keçiriləcək yüksək səviyyəli üçtərəfli görüşdə qəbul ediləcək sənədin hazırlanması da planlaşdırılır. Görüşün sonunda iki mühüm sənəd imzalanacaq. Bunlardan biri bu gün keçirilən görüşə dair yekun protokol, digəri isə 2-3 may tarixlərində keçiriləcək yüksək səviyyəli üçtərəfli görüşdə qəbul ediləcək sənədlə bağlıdır.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman