Macarıstanda Sorosun universiteti bağlandı

Macarıstanda minlərlə insan Mərkəzi Avropa Universitetinin bağlanmasına etiraz məqsədilə küçələrə çıxıb.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, sözü gedən universitet milyarder Corc Sorosun təşəbbüsü ilə yaradılıb. Macarıstan hökuməti isə bu ali təhsil ocağını saxta diplomlar verməkdə ittiham edərək, bağlanması barədə qərar verib.

 

Yürüş iştirakçıları hökumətin son 7 il ərzində yürütdüyü siyasətə də etiraz edərək, universitetin fəaliyyətinə son qoyulmasını məntiqsiz addım kimi dəyərləndirərək, təhsil hüququnun təmin olunmasını tələb edib.

 

Baş nazir Viktor Orban isə ali təhsil ocağının eyni zamanda Macarıstan və ABŞ diplomları verməsinin qanunsuz olduğunu bildirib.

 

Qeyd edək ki, 1991-ci ildə təsis edilən universitetdə ABŞ və Avropa ölkələrindən 3000-dən çox tələbə təhsil alır.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR