İkimərtəbəli ev külə döndü
Gəncədə ikimərtəbəli ev yanıb. Bu barədə APA TV-yə Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən məlumat verlib. Hadisə Gəncənin avtomobil zavodu yaxınlığında, yeni salınan Cavadxan qəsəbəsində yerləşən Vüqar İbrahimova məxsus mənzildə qeydə alınıb. Sahəsi 300 kvadratmetr olan ikimərtəbəli evin ikinci mərtəbəsi tamamilə yanıb. Ev yeni tikili olduğundan yaşayış olmayıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik xəttində olan qısaqapanma olub.
Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Fazil Aslanov deyib ki, hadisə yerinə şəxsi heyətlə birlikdə 8 yanğınsöndürən maşını cəlb olunub. Operativ müdaxilədən sonra alovun qarşısı alınıb və digər evlərə keçmə təhlükəsi aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:44
698
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
727
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
923
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2172
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2146
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1975