İŞİD-in qadın snayperləri fəallaşdı - MOSULA HÜCUM DAYANDI

İraq ordusu Mosula hücumu dayandırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onlar bununla humanitar dəhliz yaradılmasına nail olmağı hədəfləyir.

 

Hakimiyyət dairələri hazırda şəhərdə 400 minə yaxın dinc sakinin olduğunu açıqlayıb. Mosulda yaranmış vəziyyət şəhəri tərk etməyə imkan vermir. Humanitar aksiyalara gəlincə, onların yalnız ayda bir dəfə keçirilməsi mümkün olur.

 

Mosulda yaranmış humanitar böhran Hələbin şərqində mövcud vəziyyətdən daha kritikdir.

 

Bununla belə İŞİD silahlıları mütəmadi olaraq öz sıralarını genişləndirir. Onlar artıq bu məqsədlə qadın snayperləri də döyüşlərə cəlb edib. Snayperlərdən əsasən Mosulun qərb hissəsinin müdafiəsində istifadə olunur.

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR