Birjalar açıldı, neft yüksək dəyərini qoruyur
Birjalarda həftənin ilk hərracında neftin qiyməti dəyərini qorumağa nail olub. APA TV-nin məlumatına görə, birjalar açıldıqdan sonra "Brent" neftinin maksimum qiyməti 53,70 dollar təşkil edib, səhər seanslarında isə qiymət 53,39 dollar olub.
Qərbi Texas nefti də 50 dollardan baha satılır. İlk seanslarda bareli 50,81 dollardan təklif olunan WTİ nefti səhər keçirilən hərraclarda 50,53 dollardan satılır. Qiymətlərin ucuzlaşması trend deyil, birjaların ilk iş gününə xas olan xüsusiyyətdir, ilkin qiymətlər ötən həftənin təsiri altında formalaşır, sonrakı saatlardakı qiymətlər isə neftin qiymətinə təsir göstərəcək amillərlə bağlı gözləntilərə əsaslanır. Bu gün və sabah dünya bazarında neftin qiymətinə mümkün texnogen hadisələr və OPEK, yaxud ABŞ cəbhəsindən veriləcək bəyanatlar təsir göstərə bilər. Sabah axşam ABŞ-ın neft ehtiyatlarının həcminə dair qeyri-rəsmi hesabat açıqlanacaq, qiymətlərin hansı formada olacağı bu hesabatdan əhəmiyyətli dərəcədə asılıdır.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman