4 partiya və seçki bloku seçki baryerini keçdi - ERMƏNİSTANDA SEÇKİLƏR

Ermənistanda ilkin seçkilərin nəticələri açıqlanıb. APA TV-nin məlumatına əsasən, 4 partiya və seçki bloku müəyyən olunmuş seçki baryerini keçməyə müvəffəq olub. Ermənistan Mərkəzi Seçki Komissiyası protokolların 88 faizinin yekununa əsasən, Respublika partiyasının 49,06 faiz səs topladığını açıqlayıb. "Tsarukyan" bloku 27,58 faiz, "Çıxış" bloku 7,69 faiz, Daşnaksütyun Partiyası 6,61 faiz səs toplayıb. Respublika Partiyası İrəvanda, "Tsarukyan" bloku Gümrüdə birinci olub.

 

Digər partiyalar seçki baryerini aşa bilməyiblər. Qanunvericiliyə əsasən, parlamentdə təmsil olunmaq üçün partiyalar seçkilərdə ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR