At ətlərini Bakıya gətirmək istəyən şəxsin həyətindən 31 at başı çıxdı
Cəlilabadda at kəsib satmağa hazırlaşan şəxsin əməli ifşa olunub. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayon Baytarlıq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları birgə reyd keçirib.
Reyd zamanı məlum olub ki, rayonun Maşlıq kənd sakini Saqif Abbasov qanunsuz şəkildə öz təsərrüfatında dörd atı kəsərək, inək əti adı ilə satmağı planlaşdırıb: "Dünən axşam radələrində həmən diri, xəstə atlardan dörd başını kəsərək onun bir hissəsini sümükdən ayıraraq tədarük edib, digərlərini isə bizim polis işçiləri və baytarlıq idarəsinin işçiləri gələnə qədər qoyub hadisə yerindən qaçıblar. Eyni zamanda tövlənin həyətində xüsusi qazılmış çalada 31 baş atın ayaqları, içalatı, hətta bir baş atın qarnından çıxan tam formalaşmış bala aşkar edilib. Bu da onu göstərir ki, belə adamlar hətta boğaz heyvanları da kəsir".
Kəsilən atların ətləri kolbasa və dönərxanalar üçün hazırlanması ehtimal olunur. Ətlər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən müsadirə olunaraq Respublika Baytarlıq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman