Binəli Yıldırım: "Abdullah Gül və Əhməd Davudoğlu..."
Türkiyənin baş naziri Binəli Yıldırım referenduma dəstək kampaniyasına qatılmayan Türkiyənin keçmiş prezidenti Abdullah Gül və baş nazir Əhməd Davudoğlunun davranışlarına münasibət bildirib.
"Başqasının necə səs verəcəyi məni maraqlandırmır. Mən heç kəsdən bu soruşa bilmərəm. Sadəcə "hə" demənin, mənasını, ölkənin gələcəyi üçün nə dərəcədə yaxşı olacağını anlada bilərəm".
APA TV-nin məlumatına görə, CNN Türk müxbirinin "Siz necə düşünürsünüz, onlar səsverməyə necə münasibət bəsləyəcək?" sualına Binəli Yıldırım belə cavab verib:
"Əhməd Davudoğlu məclisdə referendumu dəstəkləyib. Biz yoldaşıq. Abdullah Gül AKP-nin qurucularındandır. Bizim yoldaşlığımız hansısa nöqtəyə qədər deyil, axirətə qədərdir. Zaman-zaman hər kəsin səhvi ola bilər. Amma bu o demək deyil ki, kimsə bu yoldaşlığa xəyanət edir".
Baş nazir bildirib ki, Əhməd Davudoğlu parlamentdə referendumu dəstəkləyib.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman