Moskva yenidən qarışdı, müxalifət küçələrdə: saxlanılanlar var

"Yeni müxalifətin gəzintisi". APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Rusiya paytaxtında bu adla yenidən etiraz aksiyası keçirilib.

Moskva meriyası ilə razılaşdırılmamış aksiyada 30 iştirakçının saxlanıldığı deyilir.

Etirazçıların bir hissəsi Kremlin yaxınlığında, digərləri isə Zəfər meydanında saxlanılıb.

Bu dəfəki aksiyaya bir həftə öncəkindən daha az adam toplaşıb.

Xatırladaq ki, ötən həftə ölkə paytaxtında başlayan mitinqlərə bir neçə şəhərdən dəstək nümayiş etdirilmişdi. Həmin hadisələr zamanı saxlanılanların sayı 1000-i ötmüşdü.
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR